"Turan Tovuz"un müdafiəçiləri Eltun Turabovla Sadiq Quliyev cari mövsümdə hələ də debüt etməyiblər. Sadiq heç olmasa ehtiyatda olubsa, Eltunun adı komandanın PFL-dəki iştirak ərizəsində belə yoxdu.
Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov Sport24.az-a açıqlamasında Turabovdakı problemi sənədləşməylə əlaqələndirib: "Eltun eyni zamanda Gürcüstan vətəndaşıdı. Pasportunu vaxtı bitib. Sənəd məsələsi yoluna qoyulmalıdı ki, yeni Azərbaycan pasportu alsın. Bilirsiniz ki, o, vaxtilə yığmamızda çıxış edib. Turabovun məsələsinin həllini gözləyirik ki, onu sifariş edək. Bizimlə müqaviləsi var, istənilən vaxt adını iştirak ərizəsinə daxil edə bilərik. Sadəcə, sənəd məsələsi müəyyən zaman alır".
Abbasov keçən turda adını protokola daxil etmədiyi Quliyevdə isə başqa problemin olduğunu vurğulayıb: "Sadiq zədəli idi. Artıq sağalıb, sadəcə, idividual məşq edir. Tam hazır olandan sonra yenidən heyətdə olacaq".
Xatırladaq ki, Quliyevlə Turabov keçən yay Abbasovla birgə "Turan Tovuz"a birgə gələrək, əvvəlki klublarında da futbolçuları olub
MEHMAN SÜLEYMANOV