"Neftçi" və "Zirə"nin son oyunlarını izlədim. O qədər də yaxşı təsir bağışlamadılar". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXVIII turunda keçiriləcək "Zirə" - "Neftçi" oyununda qonaqları daha şanslı sayır: "Zirə" 4-cü yer uğrunda mübarizə aparır. "Neftçi" isə artıq avrokubokları təmin edib. Maraqlı oyun gözlənilir. Düşünürəm ki, bu görüşdə "Neftçi"nin şansı daha çoxdu".
Qeyd edək ki, aprelin 1-də keçiriləcək "Zirə" - "Neftçi" oyunu saat 19:00-da başlayacaq.
KAMAL RZA