“Neftçi”nin hücumçusu Qodsvey Donyonun Kiprin “Apollon” klubuna keçidi rəsmiləşib.
Sport24.az xəbər verir ki, sözügedən klubu qanalı forvardı rəsmi saytı vasitəsilə təqdim edib.
Tibbi müayinədən uğurla keçən 28 yaşlı futbolçu Limassol təmsilçisi ilə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzalayıb.
Xatırladaq ki, Azərbaycan klubuna yayda transfer olunmuş Qodsvey Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.