Azərbaycan I Divizionunda mübarizə aparan "Neftçi-2"nin baş məşqçisi Rəşad Abdullayev AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul edilən qərarla bağlı danışıb. Sport24.az xəbər verir ki, gənc mütəxəssis yeni mövsümdən I Divizionla Əvəzedicilərin çempionatının ayrılması ilə bağlı saytımıza fikirlərini bildirib.
"Dizivionla əvəzedicilərin birləşməsi tam fərqli idi. Əvəzedicilər özləri oynayacaqsa, bu zaman güc nisbəti bərabər olacaq. İndi isə gənc futbolçular divizionda özlərindən daha təcrübəli futbolçulara qarşı oynayırlar. Təbii ki, bu da futbolçular üçün bir təcrübədir".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclasında gələn mövsümdən I Divizion və Əvəzedicilərin çempionatının ayrılmasına qərar verilib. Qərara əsasən, adıçəkilən hər iki turnirdə 10 komanda mübarizə aparacaq
KAMAL RZA