“Neftçi” daha bir legionerlə yollarını rəsmən ayırıb. Sport24.az xəbər verir ki. bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Belə ki, argentinalı yarımmüdafiəçi Xorxe Korrea ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bakı klubu 29 yaşlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Onu da bildirək ki, 2019-cu ilin sentyabrında transfer olunan Xorxea gələndən olan ümidləri dorultmadı. Belə ki, zədələri olan bu vinger cəmi 2 matç keçirərək 78 dəqiqə meydanda oldu. Qış fasiləsində isə ailəsindəki "korona"ya görə Vətənində qaldı, səs-soraq çıxmadı və nəticədə Antalyaya təlim-məşq toplanışına gəlmədi. Bu problemləri nəzərə alan "Neftçi" onunla vidalaşması gündəmə gətirdi. Son çempion təklifləri olan Korreanın həmin klublardan birinə də satmağa hazır idi.