"Neftçi" klubu daha bir futbolçusu ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, bu dəfə komandanın braziliyalı üzvü Gilyerme Pato ilə müqaviləyə xitam verilə bilər.
"Neftçi TV"-nin bu gün yaydığı məlumatda hazırkı durumda Patonun komandada qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcəyi bildirilib. Patonun klubla olan müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Qeyd edək ki, "Neftçi" qış fasiləsində afrikalıkarla - seneqallı Mamadu Mbodj, nigeriyalı Yusuf Laval və qanalı Qodsvey Donyo ilə yollarını ayırıb.