"Neftçi" yeni əcnəbi qapıçı transferinə hazırlaşır. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Sport24.az-a açıqlamasındatransfer etmək istədikləri xorvatiyalı qapıçı İvan Brkiçlə danışıqlar apardıqlarını söyləyib.
Allahverdiyevin sözlərinə görə, hər şey uğurlu olsa, onun keçidini açıqlayacaqlar.
Son klubu Latviya "Riqa"sı olan 27 yaşlı Brkiç ölkəsində "İstra", "Lokomotiva", "İmotski", "Tsibaliya" komandalarının, həmçinin Bosniya və Herseqovinada "Jrinski"nin formasını geyinib.
Xatırladaq ki, "Neftçi" əsas qapıçısı Aqil Məmmədov əməliyyat olunadan sonra bu mövqedə yalnız gənc Kamran İbrahimovun ümidinə qalıb.