“Neftçi” paraqvaylı futbolçusu Sezar Meza Kolliyə qovuşub. Sport24.az xəbər verir ki, COVİD-19 testi müsbət nəticələndiyinə görə komandasının Bakıdakı və Türkiyədəki toplanışına ilk günlərdən qatıla bilməyən Sezar artıq Antalyaya gəlib.
Koronavirus testi neqativ nəticələnən Sezar komandasının düşərgəsinə qoşulub. "Neftçi" Antalya toplanışını yanvarın 24-də keçirəcəyi son yoxlama oyunu ilə başa vuracaq.
Xatırladaq ki, Sezaradək "Neftçi"nin digər legioneri - cari çempionatda bombardiri oan braziliyalı hücumçu Tyaqo Bezerra "korona"ya yoluxduğuna görə Antalya hazırlığına sonradan qatılmışdı.