"Hər şey gözlənilən qaydada davam edir. "Turan Tovuz" çempionata rəng qatdı. "Qəbələ" və "Sabah" daha yaxşı çıxış edir". Bu sözləri Sport24.az saytına açıqlamasında millimizin sabiq futbolçusu Əfran İsmayılov deyib.
İsmayılov Premyer Liqada komandaların çıxışından söz açaraq, "Neftçi" gözlənilmədən qızıl medaldan uzaq düşdüyünü vurğulayıb: "İndi Kuboku qazanmalıdı. Qazanmasa, uğursuzluq olacaq. "Səbail"də çətinliklər var. Mahmud Qurbanovun dövründə çətinliklər vardı. Bu, Şahin Diniyevin zamanında da davam edir. Amma istənilən səviyyəyə çıxara bilmədi. Çünki futbolçuları o gətirməmişdi. Amma yenə də şansları var. "Səbail"in bazasına, akademiyasına görə elitadan getməsi heç də yaxşı olmaz".
Xatırladaq ki, Əfran başa vurduğu futbolçu karyerasında "Səbail"də də çıxış edib.
KAMAL RZA