"Zirə" və "Neftçi"nin dueli maraqlı olacaq. Son dövrlərdə bu cütlüyün oyunu deyərdim ki, prinsipiallığa çevrilib". Bunu Sport24.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXVIII turunda keçiriləcək "Zirə" nin qonağı olacaq keçmiş komandası üçün qələbə yolunu göstərib: "Rəqiblər həm Kubokda, həm də Premyer Liqada üz-üzə gəliblər. "Zirə" son zamanlar evdə xallar itirdiyindən düşünürəm ki, psixoloji təzyiq ola bilər. Bu səbəbdən də "Neftçi" hazırkı durumdan yararlana bilər".
Qeyd edək ki, bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu saat 19:30-da başlayacaq.