"Keşlə"nin və U-21 yığmamızn sabiq futbolçusu Ziya Əzizovun yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Niderlandın həvəskar komandası sayılan "Trinitas"a keçib.
Əzizov səhhətindəki problemlərə görə peşəkar futbolçu kimi fəaliyyətini davam etdirə bilməyib.
Qeyd edək ki, Ziya Azərbaycanın U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2019/20 mövsümündə "Keşlə"nin formasını geyinsə də, onun heyətində debüt belə edə bilməyib.