U-19 yığmamız Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, yanvarın 29-dan fevralın 9-dək davam edəcək. Məkanın Belekdə "İC Santai" oteli olacağı gözlənilir.
Serbiyalı Miloş Velebitin baş məşqçisi olduğu komanda 3 yoxlama matçında qüvəsini sınayacaq. Rəqiblər də bəllidi - İraq U-19 yığması, "Rux"un (Lvov, Ukrayna) və "Antalyaspor"un (Türkiyə) U-19 komandaları.
İraqlılarla matçın fevralın 2-də olacağı təsdiqlənib. Ukrayna və Türkiyə təmsilçiləri ilə görüşlərin fevralın 5-də və 8-də olacağı nəzərdə tutularaq bunun təsdiqlənməsi qalıb.
Xatırladaq ki, bu, Velebitin U-19 yığmamıza yeni baş məşçqçi təsdiq olunandan sonra ilk toplanışı olacaq.