"Yaxşı oynadıq, amma özümdən daha çox şey gözləyirəm. Çıxışımdan razı qalmadım. Səhər məşqindən sonra matça çıxmaq asan deyildi. Hazırlıq dövründə bunlar normal şeylərdir. İnanıram ki, ilk rəsmi matçadək formada olacağıq". Sport24.az xəbər verir ki, bunu Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Sloveniya "Nafta"sına 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu barədə danışarkən deyib.
Ötən il koronavirusa yoluxduğunu söyləyən Azərbaycan millisinin forvardı həmin vaxt tam hazırlaşa bilmədiyini vurğulayıb: "Mənə ağır idi. Amma indi özümü yaxşı hiss edirəm. Çünki ilk gündən komandanın məşqlərində iştirak edirəm. Bu atmosferi hiss etmək önəmlidir".
Qeyd edək ki, Mahir "Nafta"ya qarşı görüşdə sonuncu qolun müəllifi olub. O, 83-cü dəqiqədə fərqlənib.