"Neftçi"dən gedə nigeriyalı futbolçu Yusuf Lavalın Portuqaliyanın "Arouka" klubuna keçidi rəsmiləşib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, bu səhər həmin ölkəyə yollanan 25 yaşlı cinah yarımmüdafiəçisi 3,5 illik müqaviləyə imza atıb.
Portuqaliya təmsilçisi 24 yaşlı vingerin transferini video ilə açıqlayıb. Nigeriyalı futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib. O, yeni komandasında "7 nömrəl"i formanı geyinəcək.
Qeyd edək ki, Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçib.