"Kəpəz"in cari mövsüm bitəndən sonra yollarını ayıracağı futbolçular artıq dəqiqləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bunlar qış fasiləsində gələrək əsas heyətə düşə bilməyən, ehtiyatda qalan ümumilikdə 5 futbolçudu.
Söhbət legionerlərdən xorvatiyalı qapıçı Mario Mustapiçlə fransalı hücumçu Salif Sissedən gedir. Bunlar gəncəlilərin qış transferləridi.
Yerli futbolçular isə əsas kapitan olan cinah müdafiəçisi Tural Axundov və qış fasiləsində əvəzedici heyətə göndərilən qapıçı Kamran İbrahimovla mərkəz müdafiəçisi Elvin Yunuszadədi. Tural qışdan bu yana 1 dəqiqə belə oynamayıb, digər ikisi isə baş məşqçi Tərlan Əhmədov tərəfindən qışadək əsas komandadan uzaqlaşdıırlan, müqavilələri olduqlarına görə əvəzedici heyətdə çıxış etməyi üstün tutanlardı.
Bu futbolçuların hamısının müqaviləsi cari mövsümün sonunda bitir və "Kəpəz" artıq addi yükü daşımamaq üçün oynamayaları saxlamayacaq.