"Kəpəz" yeni hücumçu transfer etmək istəyir. Komandanın baş məşqçisi Azər Məmmədov Sport24.az-a açıqlamasında sərəncamında daha bir forvardın olmasını istədiyini deyib.
Sadəcə, "transfer pəncərəsi" artıq bağlandığından, yalnız sərbəst futbolçu ala bilərlər: "Bəli, reallıq belədi. Sərbəst futbolçulardan da fiziki göstəriciləri baxımından hazır vəziyyətdə olanı tapmaq çətindi. Yenə də hər bir şeyə rəğmən, çox istərdim ki, komandada bir hücumçu da olsun. Bu yöndə işlər gedir, axtarırıq. Bir hücumçu da gətirəndən sonra deyərdim ki, komanda növbəti transfer dövrünədək tam komplekləşəcək".
Xatırladaq ki, "Kəpəz"də hazırda yeganə mərkəz hücumçusu keçən mövsüm bombardiri olmuş nigeriyalı hücumçu Abdullahi Şuaybudu.
MEHMAN SÜLEYMANOV