"Avstriya ilə oyunu yaxşı təhlil edib İsveçlə görüşə hazırlaşmaq lazımdı. Az səhv etməyə çalışmalıyıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanov deyib.
Təcrübəli mütəxəssis AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç - Azərbaycan oyunundan gözləntisini açıqlayıb: "Təbii ki, İsveç səfərindən bir xalla dönmək uğur sayılar. Oyun çox çətin olacaq. Bir az daha artırmaq lazımdır ki, səfərdən xal götürmək mümkün olsun".
Qeyd edək ki, İsveç - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
KAMAL RZA