“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 15-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sport24.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında əvvəlcə bunları söyləyib:
- Maraqlı oyun alındı. Fasilədən sonra xeyli qol epizodu yarandı. Bizdə daha çox şans oldu. Qalib gəlmək, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçulardan razı qaldıq.
- Vüsal İsgəndərlinin yoxluğu hiss olundu?
- Hər bir oyunçunun yeri görünür.
- Qışda yenə gedən olacaq?
- Dəyişikliklər olacaq. Ancaq fasiləyə qədər qərar vermək fikrimiz yoxdu. Futbolçulardan asılıdı. 3 oyundan sonra biləcəyik.
- Elvin Bədəlovun çıxışından razı qaldınız?
- Məncə, müdafiə xəttimiz etibarlı oynadı.
- Aydın Bayramov rəqabət görmür. Bəlkə ehtiyatdakı qapıçılara güvənəsiniz?
- Onlar hələ gəncdi. Qışadək bu addımı atmağınız real deyil. Təki zədə olmasın.