Türkiyəli Ərtoğrul Sağlam "Neftçi"nin baş məşqçisi olmayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, mətbuatda adı daha çox hallandırılan bu türkiyəli mütəxəssis Konfrans Liqasında təmsilçisimizin "sükanı arxası"na gətirilməyəcək.
Samir Abasovla başa çatan başa çatan müqaviləni uzatmayan "ağ-qaralar"ın yeni çalışdırıcısı ilə bağlı məsələ hələ ki açıq olaraq qalır.
Xatırladaq ki, Sağlam son olaraq Təbriz "Traktor"unu çalışdıraraq ordan ayrılıb.