"Hər iki komanda üçün formal oyundur. Artıq yerlər bəlllidir". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.
58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXXVI turunda kəbu gün eçiriləcək "Neftçi" - "Sabah" oyununda qonaqları daha şanslı sayır: "Bu görüşdə "Sabah" son oyun olduğu üçün "Neftçi" üzərində yenə qələbə qazanmaq istəyəcək. "Neftçi" isə son oyunda qələbə qazandı. Belə demək mümkündürsə, motivasiya yüksək olmayacaq. Çempionatın son turudu. Bərabər səviyyəli oyun gözləyirəm".