Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində evdə "Qəbələ" ilə 2:2 hesablı bərabərliyə qalan "Turan"ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, istedadlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Hər komandaya xal lazım idi. Meydanda bunu görmək olurdu. Böyük üstünlük əldə etsək də, bir neçə dəqiqəlik konsentrasiya aşağı düşdü və rəqib bundan yararlandı. Məncə, rəqibin qapıçısı ən yaxşılardan idi. Sevindiricidir ki, qol epizodları yaradırıq.
- Son dəqiqələrdə qapıçınıza tez başlamağı tspşırırdınız. Vaxtı niyə uzadırdı?
- Sadəcə, müdafiəçilərin bir qədər irəli çıxmasını istəyirdi.
- Qələbə hesabını qorumağı bacarmadınız. Kimdi günahkar?
- Araşdırılacaq. Qonaqlar əəzetmələrdən oyunu canlandırdı. Həmin anda müdafiəçilərimiz bir qədər yorulmuşdu.
- Pusi qol vurduqdan sonra aqressov görünürdü...
- Mən də ona bununla bağlı iradlarımı bildirdim. Belə hallarda daha təmkinli olmaq lazımdı.