"Emil Balayevin yenidən komandamızda olması ilə bağlı söhbət öz aramızda olub. Ona qalsa, bütün yerli qapıçılar barəsində müzakirə aparırıq. Amma heç bir təklif olunmayıb Emillə bağlı hələ. Bildiyiniz kimi, o, milli komandamızın üzvüdü və bu üzdən bilmirik şərtləri bizə uyğun olar-olmaz". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbal"in baş məşqçisi Aftandil Hacıyev deyib.
Məlumdu ki, Kamran Ağayevin hazırkı fasilədə karyerasını bitirməsindən sonra "dənizçilər" yeni qapıçı axtarışındadı. Bu mənada "Qarabağ"da ehtiyatda qalan Emil Balayev variantı gündəmə gələ bilər. Hər halda, bu qapıçı vaxtilə məhz Hacıyevin rəhbərliyi altında "Səbail"də çıxış edib. Ən əsası, ağdamlılar Gürcüstan millisinin üzvü Luka Quqeşaşvilini cari mövsümün sonunadək icarəyə götürəndən sonra Balayevin oynamaq şansı daha da azalıb. Amma Hacıyev reallıqları da yaxşı başa düşür: "Emil Balayev məsələsini nə qədər müzakirə eləsək də, imkanlar daxilində yəqin, bizə uyğun olmayan variantdı. Bəlkə ola bilər "Qarabağ" ehtiyac duymadığı haldaa bu, baş tuta bilər. Buna da inanmıram, çünki "Qarabağ"da hər bir qapıçıya ehtiyac var. Nəzərə alsaq ki, digər qapıçı Şahrudin Məhəmmədəliyev zədəlidi və yaxın vaxtda sıraya dönməyəcək. Buna görə inanmıram ki, "Qarabağ" Balayevi buraxsın. İndiki vəziyyətdə Emii icarəyə vermək istəməzlər".
Konfrans Liqasındakı təmsilçimiz Emili qış fasiləsində buraxmağa hazır olsa belə, maddi sııxntıları olan "Səbail"in 28 yaşlı qapıçıyla müqavilə şərtlərini həll etməsi belə çətindi. Hacıyevi dinləyək: "Belə bir variant olsa, Emil əvvəldən bizim qapıçı olub. Onu yenidən sıralarımızda görməyə şad olardıq. Qapıçı özü üçün nə yaxşıdırsa, xeyliri onun inkişafı üçün. elə də olmağaı yaxşı olar. Bu mənada indiki klubunda şans qazanacaqsa, orda qalması daha yaxşıdı. Çünki "Qarabağ" Konfrans Liqasında çıxş edir, daha iddialıdı. Amma Emilin bizə icarəyə gəlməyə variantı olsa, onu heyətimizdə görmək istərdik. Bəli, razıyam ki, qapıçı üçün ilk növbədə oyun parktikası vacibdi. Elə bir təklif, şans olsa, müazkirə edə bilərik. Emilllə bu variant haqda hələ ki şəxsən söhbətləşməyi lüzum görməmişik. Amma elə bir şans yaransa, özünün fikrini öyrənə blərik. Yenə əlbəttə, klubun fikri daha önəmlidi. Çünki "Qarabağ"ın da qapıçı sarıdan problemləri, Şahrudinin zədəli olması var. Düşünmürəm ki. "Qarabağ"ı Emili hal-hazırda harasa icarəyə verə bilər".
Xatırladaq ki, Balayev "Səbail" Premyer Liqada debüt etdiy vaxtdan - 2017-ci yayından 2019-cu ilin qışınadək onun heyətində çıxış edib, ordan Qazaxıstanın "Tobol" klubuna keçib
MEHMAN SÜLEYMANOV