Rusiyanın “Ximki” klubunun əslən Azərbaycandan olan futbolçusu Ayaz Quliyev “Neftçi”yə keçə bilər. Sport24.az Rusiya mətbuatıa istinadən xəbər verir ki, artıq klublar arasında keçidlə bağlı müzakirələr başlayıb. Lakin hələ rəsmi təklif göndərilməyib.
O da bildirilir ki, “Neftçi” 25 yaşlı yarımmüdafiəçinin transferi üçün 300 min avro ödəməyə razıdır. Ruslar isə bu keçiddən 500-700 min qazanmaq istəyir.
Quliyevin artıq Azərbaycan vətəndaşlığı aldığı da iddia olunur. Futbolçunun legioner deyil, yerli statusu daşıması da “ağ-qaralar” üçün cəlbedicidir.