"Son iki oyunu komanda şəklində yaxşı oynadıq. Motivasiyamız yaxşıdı. Çalışırıq ki, sakit şəkildə hazırlaşaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Amil Yunanov deyib.
Hücumçu Misli Premyer Liqasının son turunda bu gün keçiriləcək "Səbail" - "Şamaxı" oyunundan söz açıb. Yunanov çempionatda qalmaq üçün son oyun haqda bunları bildirib: "Oyunun mahiyyətini dərk edirik. Soyuqqanlı şəkildə hazırlaşmalıyıq. İstəkli olmalıyıq. İnanıram ki, hər şey bizim üçün, komanda üçün yaxşı olacaq. Bizə ikiqat çətindi, ünki həm səfərdə oynayırıq, həm də mütləq qələbə qazanmalıyıq. Bunun üçün də komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməliyik. Çalışacağıq ki, qələbə qazanaq".