Milli Basketbol Assosiasiyası ilə liqanın oyunçularının həmkarlar ittifaqı arasında kollektiv əməkdaşlıq müqaviləsi imzalanıb. Söort24.az, xəbər verir ki, qarşıdakı həftələrdə müqavilənin detalları ictimaiyyətə elan ediləcək.
Yeni müqaviıə isə 2023/24 mövsümü başa çatdıqdan sonra qüvvəyə minəcək. Bu da o deməkdir ki, lokaut olmayacaq. Amma ABŞ mətbuatı yeni müqavilənin şərtləri ilə bağlı bəzi informasiyalar əldə edib. Əvvəla o məlum olub ki, yeni sözləşmə 6 il müddətinə imzalanıb. Bu müddət ərzində tərəflər qarşılıqlı razılıq əsasında ona xitam verə bilər. Bununla yanaşı, yüksək məvacibli oyunçuları olan komandalara limiti aşmaqla bağlı qadağalar qoyulub. Liqanın təsis etdiyi müxtəlif mükafatları qazanmaq uğrunda mübarizədə də limit tətbiq edilib. Yəni, bir mövsümdə 65-dən az oyun keçirən basketbolçular heç bir fərdi mükafat qazana bilməz.