Sabiq MBA ulduzlarından olan Ben Uolles indiki dövrdə oynayacağı halda, əldə edə biləcəyi nailiyyətlərdən danışıb. Sport24.az xəbər verir ki, uzun illər “Detroyt Pistons”un heyətində çıxış edən sabiq basketbolçu iddialı açıqlamaları ilə diqqət çəkib: “Heç vaxt ənənəvi mərkəz oyunçusu olmamışam. Mənim tipdə mərkəz oyunçusu görməmisiniz. Meydanda olduğum istənilən oyuna uyğunlaşa bilmişəm. İndiki dövrdə çıxış etsəydim, bir oyunda Uilt Çemberlen kimi 50 ribaund toplaya bilərdim”.
Xatırladaq ki, Uolles 16 illik MBA karyerasının 10 ilini “Detroyt”da keçirib. O, 4 dəfə çempion olub. Uolles həmçinin liqanın Şöhrət Zalına daxil edilib.