"Beşiktaş"ın basketbol komandası yeni transferini reallaşdırıb. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, "ağ-qaralar" Anxel Delqadonu heyətə cəlb edib.
Dominikandan olan basketbolçu son mövsümü "Pınar Karşıyaka"da keçirib. Delqadonu ötən mövsümü 13.7 atış, 12 ribaun və 1.2 asist ortalaması ilə başa vurub.